Bir neçə ildir maraqla gözlənilən “Peaky Blinders: Ölümsüz Adam” filmi izləyicilərin ixtiyarına verilib.
“Qafqazinfo”nun məlumatına görə, “Oskar” mükafatı laureatı Cillian Murphynin baş rolda oynadığı film Netflix platformasında yayıma başlayıb.
Murpidən əlavə digər məşhur aktyorların da yer aldığı ekran işi 1 saat 52 dəqiqə davam edir.
Platforma filmin rəsmi fraqmanını belə təqdim edib:
“Birmingem, 1940. İkinci Dünya Müharibəsinin xaosu içində, Tommi Şelbi öz istəyi ilə sürgündən geri qayıtmağa məcbur olur və indiyə qədərki ən dağıdıcı hesablaşması ilə üz-üzə qalır. Ailənin və ölkənin gələcəyi təhlükə altındadır. Tommi həm öz daxili şeytanları ilə, həm də mirası ilə üzləşməli və bir seçim etməlidir: onu qorumaq, yoxsa tamamilə məhv etmək? “Peaky Blinders”in əmri ilə…”

Filmin yaradıcısı və prodüseri Steven Nayt ilk çəkilişlərdən sonra “bu film reallaşacağı üçün həqiqətən çox həyəcanlıyam. Bu, Peaky Blinders hekayəsində partlayıcı bir bölüm olacaq. Heç bir məhdudiyyət yoxdur. Tam mənası ilə Piki Blinders müharibəsi”, - açıqlama vermişdi.
Qeyd edək ki, bu film eyniadlı dünyaca məşhur “Peaky Blinders” serialının davamı kimi çəkilib. Layihə uzun müddətdir fanatlar tərəfindən maraqla gözlənilirdi.






Son xəbərlər
Son Xəbərlər