Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

bayram-gunlerinin-geomaqnit-hava-proqnozu-aciqlandi
Oxunma sayı: 312

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir.

Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimalı yüksəkdir.

Digər tərəfdən, Günəşin səthində L-formalı böyük Tac Dəliyinin (Coronal Hole) olması və buradan öz başlangıcını götürən yüksəksürətli Günəş plazma küləyinin effektləri sayəsində 7 və 8 noyabr tarixlərində geomaqnit qasırğaları gözlənilir.

Yuxarı coğrafi enliklərdə effekt nəzərəçarpacaq olacaq. Orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində isə geomaqnit sahəsinin zəif həyəcanlaşmış səviyyədə olacağı proqnozlaşdırılır.