“Bayram günündə Nərimanov rayonunun ən yaşlı xanımlarını ziyarət etdik” - Təmraz Tağıyev

bayram-gununde-nerimanov-rayonunun-en-yasli-xanimlarini-ziyaret-etdik
Oxunma sayı: 443

“Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə  həmişə böyük hörmətlə yanaşırdı”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması  Nərimanov rayon təşkilatının rəhbəri  Təmraz Tağıyev  Belediyye.info-ya açıqlamasında bildirib.

“Min illər boyu hər birimiz Ana Vətən demişik, çünki ölkəmizdə Vətən anlayışı hər zaman ana ilə təcəssüm olunub. Bu gün Azərbaycan qadını ən xoş və səmimi sözlərə layiqdir. Bu gün xanımlarımız həm evdə, həm işdə hər bir işi mükəmməl görərək daha üstün nəticələr əldə edirlər. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlarda qadınlarımızın öz yeri və töhfəsi vardır”,  təşkilat rəhbəri deyib.

Təmraz Tağıyev qeyd edib ki, Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatı belə bir gündə xanımları unutmayıb. Bu gün təşkilat üzvlərinin iştirakı ilə Nərimanov rayonunda yaşayan ən yaşlı xanımları 104 yaşlı Fatma İsmayılovanı, 99 yaşlı Sənubər Vəliyeva, 94  yaşlı Gülşən İbrahimova, 94  yaşlı Fatma Həsənovanı  və 84 yaşlı Gülbəniz Muradova, o cümlədən,  20 Yanvar şəhidləri İlham və Fərizənin ailə üzvlərini  mənzillərində ziyarət edib,təbrik edərək, onlara cansağlığı arzulayıblar.

Sonda xanımların  hər birinə gül dəstələri və qiymətli hədiyyələr təqdim edilib və xatirə şəkli çəkirilib.