Xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksəksəviyyəli təmasları təqdir edərək, bunun ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyini vurğulayıblar.
Müzakirələr zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Tərəflər, həmçinin dəyişən regional və beynəlxalq təhlükəsizlik mühiti, cari geopolitik proseslər və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Sonda Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı maraq kəsb edən sahələrdə davamlı təmasların və praktiki əməkdaşlığın vacibliyi bir daha təsdiqlənib.
The Minister of Foreign Affairs of the Republic of Azerbaijan ????????@Bayramov_Jeyhun met with @Kyrylo_Budanov, Head of the Office of the President of Ukraine ???????? during his official visit to Ukraine.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) August 6, 2026
The sides commended the intensive political dialogue and high-level contacts… pic.twitter.com/ZAf6bdfRkd
Son xəbərlər
Son Xəbərlər