“BBC News Azərbaycanca”nın ofisi bağlanır

bbc-news-azerbaycancanin-ofisi-baglanir
Oxunma sayı: 1746

Bakıdakı “BBC News Azərbaycanca”nın ofisi bağlanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC-nin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, şirkət Azərbaycan XİN-dən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.