“BBG Energy” qlobal inkişaf strategiyası çərçivəsində rəhbər komandasını gücləndirir

bbg-energy-qlobal-inkisaf-strategiyasi-cercivesinde-rehber-komandasini-guclendirir
Oxunma sayı: 185

“BBG Energy”də layihələrin idarə edilməsi və icra mexanizmlərinin gücləndirilməsi istiqamətində yeni rəhbər təyinatı həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şirkətin İdarə Heyətinin qərarı ilə Murad Abdullayev Layihələr üzrə icraçı direktor vəzifəsinə yüksəlib.

Yeni vəzifəsində Murad Abdullayev “BBG Energy”nin həyata keçirdiyi layihələrin icrasının koordinasiyası, layihələrarası operativ idarəetmənin gücləndirilməsi, təsdiq edilmiş qərar və tapşırıqların vaxtında icrasına nəzarət, eləcə də layihə komandalarının fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olacaq.

Bu qərar “BBG Energy”nin artan layihə portfeli fonunda idarəetmə strukturunun təkmilləşdirilməsi, qərarların icrasında çevikliyin artırılması və layihələrin vahid korporativ idarəetmə prinsipləri əsasında həyata keçirilməsi məqsədilə qəbul edilib.

Murad Abdullayev yeni vəzifəsi ilə yanaşı, şirkətin mövcud layihələrində üzərinə düşən funksiyaların icrasını davam etdirəcək.

“BBG Energy” enerji, sənaye və infrastruktur sahələrində mühəndislik, tikinti, layihələrin icrası və təchizat istiqamətləri üzrə fəaliyyət göstərir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda layihə portfelinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.