BDU-nun müəllimi vəfat etdi - Foto

bdu-nun-muellimi-vefat-etdi
Oxunma sayı: 479

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, alim 79 yaşında vəfat edib.

Qeyd edək ki, Vaqif Nəbiyev 1974-cü ildən BDU-da fəaliyyət göstərib. O, 30-dan çox elmi əsərin, həmçinin “Siyasi tarix” və “Azərbaycan tarixi” fənləri üzrə proqramların müəllifi olub.