“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə adının Çin klubu ilə hallanmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, rəsmi təklif almadığını deyib.
“Hələ ki rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz”, - futbolçu söyləyib.
Qeyd edək ki, bir müddətdir müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər yayılıb. Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı, keçid üçün isə yalnız klubun razılığının qaldığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər