İmtahana bu cür ağıllı eynəklə girməyin, əks halda... - Foto

imtahana-bu-cur-agilli-eynekle-girmeyin-eks-halda
Oxunma sayı: 5692

“Bəzi abituriyentlər belə ağıllı eynəklərdən istifadə etmək istəyir. Amma onlara demək istəyirik ki, ağıllı eynəklə imtahana gəlməsinlər, çünki onlar imtahana buraxılmayacaqlar”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əks halda qaydaları pozanların nəticələri ləğv olunacaq: “İndidən deyirik, telefonu gizlədənlər, birini təhvil verib digərini içəri gətirənlərlə bağlı tədbir görüləcək. Biz istəyirik ki, imtahanlar ədalətli keçsin. Bunun üçün hər kəs özünü qaydalara uyğun aparmalıdır. Əks halda həmin abituriyentlərin nəticələri ləğv olunacaq”.

Gülnar Əliyeva