“Belə bir zamanda xatırlamaq təkcə borc deyil, zərurətdir”

bele-bir-zamanda-xatirlamaq-tekce-borc-deyil-zeruretdir
Oxunma sayı: 963

İsrailin Azərbaycandakı Səfirliyi Yom HaShoah - Holokost və Qəhrəmanlıq Anım Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün biz Holokost zamanı qətlə yetirilmiş altı milyon yəhudinin xatirəsini ehtiramla yad edir, qurbanlara, sağ qalanlara və təsəvvürəgəlməz şərə qarşı müqavimət göstərən qəhrəmanlara ehtiram göstəririk.

Bu il Yom HaŞoah Gününü dünyada antisemitizmin yenidən artdığı, bir çox ölkələrdə yəhudi icmalarının nifrət və zorakı hücumların ciddi artımı ilə üzləşdiyi bir dövrdə qeyd edirik. Məhz belə bir zamanda xatırlamaq təkcə borc deyil, zərurətdir. 

Biz yalnız Holokostun dəhşətlərini deyil, həm də kor nifrətin, insanlıqdan çıxarmağın və susqunluğun hara aparıb çıxara biləcəyini xatırlayırıq. Bu hüznlü gündə biz yaddaşa, həqiqətə və belə nifrətin bir daha heç vaxt güclənməməsini təmin etmək üçün ortaq məsuliyyətimizə sadiqliyimizi bir daha təsdiq edirik”.