UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən diqqətçəkən qarşılaşmalarından biri Portuqaliyada baş tutur. Turnirin son çempionu “Real Madrid” liqa mərhələsindəki sensasiyalı məğlubiyyətin qisasını almaq üçün “Benfika”nın qonağı olur.
“Qafqazinfo” xəbər verir ki, Lissabonun “Estadio da Luz” stadionunda keçiriləcək görüş iki komanda arasında qısa müddətdə baş tutan ikinci böyük sınaqdır.
Belə ki, yanvarın 28-də keçirilən liqa mərhələsinin son turunda “Benfika” Joze Mourinyonun rəhbərliyi altında “Real”ı 4:2 hesabı ilə məğlub edərək pley-offa yüksəlmişdi.
Xatırladaq ki, fransalı hakim Fransua Leteksiyenin idarə edəcəyi matçın cavab görüşü martın 11-də Madriddə keçiriləcək.
***
Matç başladı.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Vinisius 50-ci dəqiqədə hesabı açır.
***
Vinisusun qolundan sonra meydanda vəziyyət gərginləşib. Braziliyalı hücumçunun qoldan sonrakı jesti portuqaliyalı azarkeşlər tərəfindən sərt qarşılanıb.
***
“Benfika”nın baş məşqçisi Joze Mourinyo qırmızı vərəqə alaraq, meydandan uzaqlaşdırılıb.





Son xəbərlər
Son Xəbərlər