Bərdədə qardaş bacısını öldürdü, qızını yaraladı - Yenilənib

berdede-qardas-bacisini-oldurdu-qizini-yaraladi
Oxunma sayı: 4641

İyunun 24-də saat 19 radələrində Bərdə rayonunda evlərin birində 1988-ci təvəllüdlü Həsənova Vəfa Nurəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qardaşı 1986-cı il təvəllüdlü Həsənov Həsən Nurəddin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

Bərdə rayon prokurorluğunun “Qafqazinfo”ya verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

İyunun 24-ü saat 19 radələrində Bərdə rayonunda yerləşən evlərdən birində 1988-ci il təvəllüdlü Vəfa Həsənovanın ölməsi, onun yetkinlik yaşına çatmayan qızı Ulduz Abbasovanın isə xəsarət almasına dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı 1986-cı il təvəllüdlü Həsən Həsənovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək bacısı Vəfa Həsənovanı öldürməsi,  Ulduz Abbasovanı isə yaralamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə  cinayət işi başlanıb. Həsən Həsənov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.