Türkiyəli aktrisa Beren Saat müğənniliyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, uzun müddətdir üzərində çalışdığı ilk mahnı və klipini izləyicilərə təqdim edib.
“CapitaliZoo” adlı mahnı ingilis dilindədir və sözlərini Saat özü yazıb. Prodüserliyini və aranjimanını isə onun həyat yoldaşı, müğənni Kenan Doğulu edib.
Klip Los-Ancelesdə çəkilib.
Qeyd edək ki, 42 yaşlı aktrisa bir çox film və seriallardakı obrazları ilə sevilir. Onun yadda qalan və artıq vizit kartına çevrilən obrazı isə 2008-ci ildə ekranlaşdırılan “Aşk-ı Memnu” serialındakı Bihter Yöreoğlu Ziyagildir.

Son xəbərlər
Son Xəbərlər