Türkiyənin məşhur aktrisası Bergüzar Korelin 44 yaşı tamam olub.
“Qafqazinfo” xəbər verir ki, aktrisa ailəsi və sevdikləri ilə birlikdə qeyd etdiyi doğum günü məclisindən foto və videoları sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Bergüzar Korel 2009-cu ildə tanınmış aktyor, 2006-cı ildə çəkilən “Binbir gece” serialında tanış olduğu Halit Ergençle evlənib. Cütlüyün 3 uşağı var.
Bergüzar Korel “A.B.İ” serialının yeni mövsümündə Kenan İmirzalıoğlunun tərəf müqabili olacaq. Onlar 14 il əvvəl “Karadayı” serialında da baş qəhrəmanları canlandırıblar.
Son xəbərlər
Son Xəbərlər