“Beşiktaş” Salaha nə təklif edib?

besiktas-salaha-ne-teklif-edib
Oxunma sayı: 472

“Beşiktaş” dünyaca məşhur hücumçu Məhəmməd Salahın transferi üçün hərəkətə keçib.

“Qafqazinfo” “beIN Sports”a istinadla xəbər verir ki, yay transfer pəncərəsində artıq 6 yeni futbolçu ilə müqavilə bağlayan İstanbul təmsilçisinin əsas hədəfi misirli ulduzdur.

“Liverpul”dan ayrılan və hazırda azad agent statusunda olan 33 yaşlı futbolçuya “Beşiktaş” rəsmi təklifini təqdim edib.

Məlumata görə, “qara-qallar” Salaha 2 illik müqavilə təklif edib. Təklifdə futbolçuya illik 15 milyon avro zəmanətli maaş və 4 milyon avro performans bonusu nəzərdə tutulub. Müqaviləyə imic hüquqları ilə bağlı xüsusi bəndlər də əlavə edilib. Bununla da Salahın klub üçün illik ümumi maliyyə yükü bonuslarla birgə 19-20 milyon avroya çatacaq. İkiillik müqavilənin ümumi dəyəri isə 40 milyon avro civarında qiymətləndirilir.

Qeyd edək ki, misirli ulduz keçən mövsüm “Liverpul”un heyətində çıxış etdiyi 41 matçda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.