“Beşiktaş” Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində doğma meydanda “Kayserispor”u 1:0 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, “Tüpraş” Stadionunda keçirilən qarşılaşmada matçın taleyini 90+5-ci dəqiqədə Əl Bilal Turenin vurduğu qol həll edib.
Görüş boyu hər iki komanda qol imkanları yaratsa da, qapıçılar ön plana çıxıb. “Beşiktaş” hücumda üstün oyun nümayiş etdirib, “Kayserispor” isə əks-hücumlarla təhlükə yaradıb. Uzun müddət qapılar toxunulmaz qaldıqdan sonra “qara-ağlar” son dəqiqələrdə axtardıqları qolu tapıblar.
Əlavə olunmuş vaxtda Orkun Kökçünün sağ cinahdan etdiyi ötürməni Əl Bilal Ture başla tamamlayaraq komandasına vacib üç xal qazandırıb.
Bu qələbə ilə “Beşiktaş”ın xalları 32-yə yüksəlib. “Kayserispor” isə 15 xalla turnir cədvəlinin aşağı pillələrində qalmaqda davam edir. “Beşiktaş” növbəti turda “Eyüpspor”un qonağı olacaq, “Kayserispor” isə evdə “Başakşehir”i qəbul edəcək.
Son xəbərlər
Son Xəbərlər