“Beşiktaş” “Yuventus”dan ayrılan və azad agent statusu daşıyan Duşan Vlahoviçi heyətinə qatıb.
“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi serbiyalı hücumçunun transferi barədə artıq Türkiyədəki İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) rəsmi məlumat verib:
“Peşəkar futbolçu Duşan Vlahoviçin klubumuza transferi ilə bağlı oyunçu ilə danışıqlara başlanılıb”.
26 yaşlı ulduz hücumçunun bu axşam saatlarında İstanbula gələcəyi və tibbi müayinədən keçdikdən sonra “ağ-qaralar”la rəsmi müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, “Yuventus” Vlahoviçi 2022-ci ildə “Fiorentina”dan 85 milyon avroya transfer etmişdi.
Son xəbərlər
Son Xəbərlər