“Beşiktaş”dan minimalhesablı qələbə

besiktasdan-minimalhesabli-qelebe
Oxunma sayı: 288

Futbol üzrə Türkiyə Superliqasında XVII turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” doğma meydanında “Rizəspor”u qəbul edib.

Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Komandanın yeganə qoluna 64-cü dəqiqədə Milot Raşika imza atıb.

Bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 29 xalla 5-ci, “Rizespor” 18 xalla 11-ci pillədə qərarlaşıb.