Dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, favoritlərdən İspaniya bu gün ikinci oyununa çıxacaq.
Onlar Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.
Dünya çempionatı
İkinci tur
20:00. İspaniya - Səudiyyə Ərəbistanı
***
Komandaların start heyətləri bəlli olub:
İspaniya: Unai Simon, Mark Kukurelya, Aymerik Laport, Pau Kubarsi, Markos Lyorente, Rodri, Pedri, Fabian Ruiz, Aleks Baena, Mikel Oyarzabal, Lamin Yamal.
Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Oveys, Həsən Əl-Tambakti, Əli Əl-Amri, Səud Əbdülhəmid, Mətin Əl-Hərbi, Məhəmməd Kanno, Musab Əl-Xaybari, Musab Əl-Cüvayr, Salem Əl-Davsari, Firas Əl-Şamat, Firas Əl-Bureykan
***
Matç başladı.
***
Lamin Yamal 11-ci dəqiqədə İspaniyanı önə çıxarır.
***
21-ci dəqiqədə Mikel Oyarzabal fərqlənir.
***
Mikel Oyarzabal 24-cü dəqiqədə dublunu rəsmiləşdirir.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Mark Kukurelyanın zərbəsindən sonra top Hassan Altambaktiyə dəyərək, qapıya daxil olur. 4:0.
***
90+2-ci dəqiqdə Ferran Torres fərqlənməyə çalışsa da, ofsayd səbəbindən qol qeydə alınmır.
***
Matç İspaniyanın 4:0 hesablı qələbəsi ilə başa çatır. Bununla da ispanlar 4 xalla H qrupunun lideridirlər. “Qırmızılar” iyunun 27-də Uruqvayla qarşılaşacaqlar. Həmin gün Səudiyyə Ərəbistanı isə Kabo-Verde ilə münasibətlərinə aydınlıq gətirəcək.
Son xəbərlər
Son Xəbərlər