İraqın cənubunda yerləşən Bəsrə limanı yaxınlığındakı regional sularda iki neft tankerinin hücuma məruz qaldığı bildirilir.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində tankerlərdən birində güclü yanğın olub.
Yanğının görüntüləri sosial şəbəkələrdə yayılıb.
Məlumata əsasən, İraqa məxsus bir gəmi hadisə yerinə yaxınlaşaraq, yanan tankerin olduğu ərazidən təxminən 20 dənizçini təxliyə edib.
Hücumu kimin həyata keçirdiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı İraq hakimiyyəti tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Son xəbərlər
Son Xəbərlər