20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Beyləqan rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
“Qafqazinfo” xəbər verir ki, ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı abidə önünə gül dəstələri düzülüb, 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin hüzn və ehtiramla yad olunub.
Qanlı Yanvar hadisələrindən 36 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı şəhidlərinin xatirəsini daim uca tutur, onların qəhrəmanlığını böyük ehtiramla yad edir və əziz xatirələrini qəlbində yaşadır.









Son xəbərlər
Son Xəbərlər