Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayonun Bolsulu kənd sakini 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Ford” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü S.Kərimov və avtomobildə olan 1996-cı il təvəllüdlü qızı Muradova Aytən müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq S.Kərimov xəstəxanada dünyasını dəyişib.
Onun qızı A.Muradovaya ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1 kişi,1 qadın) ötən gün saat 11:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (qadın) ambulator müalicə üçün evə buraxılıb.
Vəziyyəti ağır qiymətləndirilən digər şəxsin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, sentyabrın 7-si saat 14:00 radələrində bioloji ölüm faktı qeydə alınıb”.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər