Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Beyləqan RİH başçısı Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq fövqəladə hallar orqanları əməkdaşlarının insan həyatının və əmlakın qorunmasında, fövqəladə vəziyyətlərin qarşısının alınmasında, eləcə də baş vermiş hadisələrin nəticələrinin operativ və peşəkar şəkildə aradan qaldırılmasında göstərdikləri fədakar və məsuliyyətli fəaliyyəti xüsusi qeyd edib.
Rayon rəhbəri bu sahədə dövlət tərəfindən həyata keçirilən ardıcıl islahatlara, maddi-texniki bazanın gücləndirilməsinə və kadr potensialının inkişafına diqqət çəkərək, fövqəladə hallar orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra peşə bayramı münasibətilə bir qrup FHN əməkdaşı Beyləqan RİH tərəfindən fəxri fərmanlarla təltif olunub.
Tədbirdə həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri və digərləri çıxış edərək fövqəladə hallar orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onların insan həyatının və ictimai təhlükəsizliyin qorunmasında göstərdikləri fədakar xidmətləri yüksək qiymətləndiriblər. Çıxışlarda qurumlararası əməkdaşlığın əhəmiyyəti vurğulanıb, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında birgə fəaliyyətin vacibliyi qeyd olunub.











Son xəbərlər
Son Xəbərlər