Beyləqanda növbəti səyyar görüş keçirildi - Fotolar

beyleqanda-novbeti-seyyar-gorus-kecirildi
Oxunma sayı: 527

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun vətəndaşlarla növbəti səyyar görüşü Kəbirli kəndində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə və sektor müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Görüşdə Əziz Əzizov ölkəmizdə sosial-iqtisadi inkişafın davamlı xarakter daşıdığını, bölgələrdə həyata keçirilən abadlıq və quruculuq layihələrinin əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.

Vətəndaşların rifahının yüksəldilməsinin dövlət siyasətində xüsusi əhəmiyyət daşıdığını bildirən RİH başçısı bu istiqamətdə görülən işlərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb.

Qəbul zamanı sakinlərin müraciət və təklifləri ayrı-ayrılıqda dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların nümayəndələrinə Ə.Əzizov tərəfindən konkret tapşırıqlar verilib, bəzi məsələlər üzrə isə vətəndaşlara müvafiq izahatlar təqdim olunub.