Beyləqanda Su çərşənbəsi qeyd olundu - Fotolar

beyleqanda-su-cersenbesi-qeyd-olundu
Oxunma sayı: 401

Baharın gəlişi ilə birlikdə Novruzun ilk günü, həyatın yenilənməsinin və təbiətin canlanmasının rəmzi olan Su çərşənbəsi Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində böyük coşqu ilə qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, Su çərşənbəsinin qeyd edilməsi Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Aran qəsəbəsində keçirilən səyyar qəbulu ilə üst-üstə düşərək tədbirin əhəmiyyətini daha da artırıb.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, başçının müavinləri, şöbə və sektor müdirləri, dövlət qrumların nümayəndələri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri iştirak ediblər. Qəsəbəsinin mərkəzində qurulan bayram tonqalı şəhid ailələri tərəfindən alovlandırılıb və bayrama xüsusi mənəvi dəyər qatılıb. 

Şənlik çərçivəsində Beyləqan rayon mədəniyyət nümayəndəliyi tərəfindən konsert proqramı təqdim olunub, Yuxarı Aran qəsəbə tam orta məktəbinin şagirdləri milli rəqslər və idman hərəkətləri ilə çıxış ediblər. Eyni zamanda Novruz ənənələrinə uyğun olaraq Kosa və Keçəl obrazları, səməni və tonqal ətrafında təşkil olunan səhnəciklər tədbirə xüsusi bayram ovqatı bəxş edib.

Su çərşənbəsinin alovlanan tonqalı ətrafında toplaşan insanlar bir daha birlik və həmrəylik nümayiş etdirərək Novruzun gəlişini sevinc, ümid və xoş əhvali-ruhiyyə ilə qarşılayıblar. Beyləqan torpağında baharın ilk müjdəsi səmimi təbəssümlər, alqış səsləri və xoş ovqatla yadda qalıb.