“Bəzən nə etdiyimizi özümüz də anlamırıq” - Lukaşenko

bezen-ne-etdiyimizi-ozumuz-de-anlamiriq
Oxunma sayı: 478

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən ənənəvi köhnə yeni il qəbulunda dünya nizamının hazırkı vəziyyəti barədə proqnoz verməkdə çətinlik çəkdiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, Belarus liderinin çıxışından maraqlı məqamları “Pul Pervogo” teleqram kanalı yayıb.

Lukaşenko bildirib ki, dövlət başçısı kimi kifayət qədər geniş məlumat bazasına malik olsa da, müasir dünyanın hansı istiqamətə dönəcəyini proqnozlaşdıra bilmir.

O, dünyanı “çılğın və dəli” adlandıraraq, bəzən dövlət rəhbərlərinin özlərinin də nə etdiklərini bilmədiklərini vurğulayıb:

“Sizə açıq deyirəm, bu dəli, çaşqın dünyanın hansı tərəfə dönəcəyini bilmirəm. “Çaşqın dünya” deyərkən biz liderləri nəzərdə tuturam, bəzən biz nə etdiyimizi özümüz də anlamırıq”.