Biləsuvarda ağır qəza - İki qardaş xəsarət aldı

bilesuvarda-agir-qeza
Oxunma sayı: 2167

Biləsuvar rayonunda ağır yol-nəqliyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili ilə yük maşını toqquşub və idarəetmədən çıxaraq aşıb.

Qəzada xəsarət alan rayonun İsmətli kənd sakinləri Əfqan və Nadir Qəfər oğlu Qarayev qardaşları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.