Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun FHN-in əməkdaşı olduğu bildirilsə də, qurumdan sorğumuza cavab olaraq qeyd edilib ki, mərhum Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edilən mütəxəssis olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər