Binadan yıxılan məktəbli qız 5 gün sonra öldü

binadan-yixilan-mektebli-qiz-5-gun-sonra-oldu
Oxunma sayı: 830

Aprelin 1-də Sumqayıt şəhərində 3-cü mərtəbədə yaşadığı evin pəncərəsindən yıxılan qız vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 2010-cu il təvəllüdlü F.İsayevanın həyatını xilas etmək mümkün olmayıb.

O, tibbi yardıma baxmayaraq, aprelin 4-ü saat 07 radələrində xəstəxanada ölüb.

Qeyd edək ki, hadisədən bir müddət əvvəl Fəxriyyənin anası vəfat edibmiş. O, orta məktəbin 10-cu sinfində təhsil alırdı.