Binəqədidə bu küçəyə asfalt çəkildi - Fotolar

bineqedide-bu-kuceye-asfalt-cekildi
Oxunma sayı: 2528

Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocəsən qəsəbəsində uzunluğu 350 metr, eni 6 metr olan "Şəfəq" küçəsinə asfalt örtüyünün çəkilməsi işləri tamamlanıb. 

Abadlıq-quruculuq işləri çərçivəsində rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri mütəmadi olaraq davam etdiriləcək.