Binəqədidə tədbir keçirildi - Fotolar

bineqedide-tedbir-kecirildi
Oxunma sayı: 341

Sentyabrın 17-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədidə yerləşən Heydər Əliyev adına istirahət parkında 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suveren Azərbaycan-milli qürurumuz və dövlətçilik irsimiz” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, idarələrin, ictimai birliklərin nümayəndələri, gənclər iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə ölkəmizdə 20 Sentyabr - Dövlət Suverenliyi Gününün təsis edildiyi və bu tarixin Azərbaycan xalqının əsrlər boyu davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsi olduğu, dövlət başçısının müdrikliyi, Azərbaycan xalqının iradəsi, ordumuzun gücünün təntənəsi nəticəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə və qürurla dalğalandığı, Dövlət Suverenliyi Gününün xalqımızın milli birliyinin, müstəqil və qüdrətli Azərbaycanın əbədi mövcudluğunun rəmzi olaraq tariximizdə xüsusi yer tutduğu fikirləri səslənib.

20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında hərbi marş, Azərbaycan Respublikasının xalq artistləri Nəzakət Teymurovanın, Mübariz Tağıyevin, Azərbaycan Respublikasının əməkdar artisti Ədalət Şükürovun, müğənnilər Murad Arifin, Yaqut Xəlilzadənin ifalarında xalq mahnıları, vətənpərvər ruhlu kompozisiyalar səsləndi, “Gənclik” rəqs ansamblının gözəl rəqs nümunələri nümayiş olunub.