Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

bir-hefte-evvel-tehqire-gore-agir-cezalanmisdi-yene-eyni-cezani-aldi
Oxunma sayı: 2586

AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu daha 5 oyunluq cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, 2-ci liqanın 22-ci turunda “Şahdağ Qusar”la oyunda hakimləri təhqir etməsinə görə diskvalifikasiya edilib.

Onun cəzasının üzərinə daha 5 matç əlavə edilib.

Xatırladaq ki, İntizam Komitə eyni səbəbdən aprelin 18-də də Ruslan Hüseynovu 5 oyunluq cəzalandırmışdı.