“Bir nəfər belə sağ qalmamalıdır”

bir-nefer-bele-sag-qalmamalidir
Oxunma sayı: 1986

“İrana qarşı quru əməliyyatı keçirməyə cəhd edən bir nəfər belə sağ qalmamalıdır”.

“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, bu bəyanatla İran ordusunun baş komandanı general-leytenant Əmir Hatəmi çıxış edib. 

O, ordu komandanlığı ilə görüşü zamanı, ABŞ və İsrailin addımlarını son dərəcə ehtiyatla izləmək və qarşı tərəfin hücum üsullarına qarşı mübarizə planlarını vaxtında icra etmək tapşırığı verib.