Bir sıra Ermənistan məhsulları üçün idxal rüsumlarını ləğv etdilər

bir-sira-ermenistan-mehsullari-ucun-idxal-rusumlarini-legv-etdiler
Oxunma sayı: 411

Avropa İttifaqı Şurası Ermənistanla ticarətin liberallaşdırılmasına dair müvəqqəti tədbirləri təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının məlumatında deyilir.

Bildirilir ki, Rusiyanın ticarət məhdudiyyətləri tətbiq etməsindən sonra Ermənistan iqtisadiyyatının dəstəklənməsinə yönəlmiş tədbirlər bu ölkənin Avropa İttifaqına (Aİ) ixracının təxminən 80%-nə idxal rüsumlarının ləğvini nəzərdə tutur.

Qeyd olunub ki, yeni rejimə uyğun olaraq, Ermənistanın bir sıra məhsullarının, o cümlədən kənd təsərrüfatı mallarının Aİ ölkələrinə ixracı üçün gömrük vergisi ləğv ediləcək.

Müvəqqəti tədbirlər 2 il müddətində qüvvədə olacaq.

Aİ Şurası bu tədbirlərin Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (HGTS) məqsədlərinə uyğun olaraq Ermənistandan Aİ-yə ticarət axınlarının qorunmasına və gücləndirilməsinə kömək edəcəyini açıqlayıb.