Birgə maliyyələşmə proqramı üzrə 5800-dək şəxs işlə təmin edilib

birge-maliyyelesme-proqrami-uzre-5800-dek-sexs-isle-temin-edilib
Oxunma sayı: 226

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)abeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1001 şəxsin işlə təminatı həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb. 

Bildirilib ki, onların məşğulluğu üçün 190 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb. 2020-ci ildə icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 5800-dək şəxs iş yeri əldə edib.

“İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində məşğulluğu  təmin olunan şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi ödəyir.