İcarə əsasında “Zaqatala”da forma geyinən “Qarabağ”ın qapıçısı Amin Ramazanov keçmiş komanda yoldaşı Andrey Lunyovla bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə A.Ramazanov paylaşım edib.
Sözügedən fotonu Ağdam klubunun hazırkı qapıçısı Şahruddin Məhəmmədəliyev də paylaşıb və bu sözləri yazıb: “Biri digərindən daha gözəldir”.
Qeyd edək ki, rusiyalı qolkiper A.Lunyov 2023/24 mövsümündə “Qarabağ”da çıxış edib. O, hazırda Moskvo “Dinamo”sunun formasını geyinir.

Son xəbərlər
Son Xəbərlər