“Birinci və ikinci oyun tamamilə fərqli idi” - Zubir

birinci-ve-ikinci-oyun-tamamile-ferqli-idi
Oxunma sayı: 556

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda (ilk oyun 1-6) İngiltərənin “Nyukasl” komandasına 2:3 hesablı məğlubiyyəti şərh edib.

“Qafqazinfo” xəbər verir ki, UEFA-nın saytına danışan fransalı komandasının ilk matçdakı uğursuzluğuna daha çox diqqət çəkib:

“İkinci hissədə parlaq çıxış etdik. Yaxşı oynadıq və iki qol vurduq. Bu, ilk oyunumuzdan sonra vacib idi. Belə başlanğıcdan sonra çətin oldu, amma sonra özümüzü toparladıq və yaxşı oynadıq. Düşünürəm ki, birinci və ikinci oyun tamamilə fərqli idi. Birinci oyun uğurlu alınmadı, amma ikinci oyunda yaxşı oynamaq və əsl “Qarabağ”ı nümayiş etdirmək istədik. Düşünürəm ki, bacardıq”.