“Biz İtaliyayıq, bu bataqlıqdan çıxmalıyıq”

biz-italiyayiq-bu-bataqliqdan-cixmaliyiq
Oxunma sayı: 1918

“Danışacaq sözüm yoxdur. Mediaya hörmət etdiyim üçün buradayam”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliya millisinin qapıçısı Canluici Donnarumma DÇ-2026-nın seçmə mərhələsində Norveçə uduzduqları görüşdən sonra deyib.

Komandanın kapitanı 0:3 hesablı gözlənilməz məğlubiyyəti belə şərh edib: “Etiraf edim ki, azarkeşlərimiz bu performansa layiq deyildi. Özümüzə diqqət etməli və bu bataqlıqdan çıxmalıyıq. Biz İtaliyayıq, bu cür nəticə qəbuledilməzdir. Hər birimiz səhvlərimizdən dərs çıxarmalıyıq”.