“Bizə çox vacib idi ki, mənəvi olaraq bərpa olaq” - Video

bize-cox-vacib-idi-ki-menevi-olaraq-berpa-olaq
Oxunma sayı: 508

“Qazanılan xal bizim üçün çox önəmli idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 27-ci turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, çempionatın favoritlərindən qazanılan hər bir xal önəmlidir:

“İki xal “Qarabağ”dan, bir xal “Sabah”dan götürmüşük. Bunlar çox mühümdür. Ötən turda son dəqiqələrdə acı xal itkisi yaşadıq. Futbolçular çox məyus olmuşdu. Narahatlığım o idi ki, birdən bu məyusluq “Sabah”la da oyuna təsir edir. Bizə çox vacib idi ki, mənəvi olaraq bərpa olaq. Qarşıda “Neftçi” və “Turan Tovuz”la oyunlarımız var. Başa düşürük ki, bu oyunlarda bizi nələr gözləyir”.