Blinken Suriya ilə danışıqlar aparıldığını təsdiqlədi

blinken-suriya-ile-danisiqlar-aparildigini-tesdiqledi
Oxunma sayı: 1621

ABŞ dövlət katibi Antoni Blinken Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Blinken bildirib ki, o və digər diplomatlar İordaniyanın Aqaba şəhərində “Heyət Təhrir əl-Şam”ın (HTŞ) nümayəndələri ilə danışıqlar aparıb.

Danışıqlardan sonra ABŞ, Türkiyə, Avropa İttifaqı (Aİ) və ərəb ölkələrindən olan diplomatlar “daha ​​ümidli, təhlükəsiz və dinc gələcək qurmaq üçün tarixinin bu kritik anında Suriya xalqına tam dəstək verəcəklərini” vəd ediblər.