Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi - Qanaxmadan öldü

bogazinda-et-tikesi-qaldigindan-bicaqla-desdi
Oxunma sayı: 2656

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu gün saat 01 radələrində 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev yaşadığı Bülbülə qəsəbəsindəki evdə yemək yeyərkən boğazında ət tikəsi qalıb.

O boğulmağa başlaması səbəbindən nəfəs alması üçün boğazını bıçaqla deşib. Nəticədə, 61 yaşlı kişi boğazındakı qanaxmadan ölüb.

Araşdırmalar aparılır.