Braziliya və Niderlandın 1/16 finaldakı rəqibləri bəlli oldu

braziliya-ve-niderlandin-116-finaldaki-reqibleri-belli-oldu
Oxunma sayı: 1076

Dünya Çempionatının qrup mərhələsi başa çatmaqdadır.

“Qafqazinfo” xəbər verir ki, artıq 1/16 finalın bəzi cütləri bəllidir.

Belə ki, Braziliya milli komandası pley-off-da Yaponiya ilə, Niderland millisi isə Mərakeşlə qarşılaşacaq.

Meydan sahiblərindən olan ABŞ-nin rəqibi isə Bosniya və Herseqovina olacaq.

Digər cütlər növbəti günlərdə müəyyənləşəcək.