Britaniyadakı səfiri geri çağırdılar

britaniyadaki-sefiri-geri-cagirdilar
Oxunma sayı: 602

Şimali Koreya Böyük Britaniyadakı səfiri Mun Mön Sini geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, bu qərar Londonun “Sondovon” uşaq düşərgəsini sanksiyalar siyahısına daxil etməsi səbəbindən qəbul edilib. 

“May ayında Böyük Britaniya hökuməti ədalətsiz və əsassız bəhanə ilə “Sondovon” beynəlxalq uşaq düşərgəsini Rusiyaya qarşı sanksiyalar siyahısına daxil edərək siyasi təxribat törətdi. Bununla əlaqədar olaraq, KXDR hökuməti diplomatik cavab tədbirləri çərçivəsində diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirmək üçün tədbirlər gördü”, - XİN-in bəyanatında deyilir. 

Vəzifəsindən geri çağırılan səfirə başqa vəzifənin təklif ediləcəyi bildirilir.

Qeyd edək ki, Mun Mön Sin 2026-cı ilin aprel ayında Şimali Koreyanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin olunmuşdu.