“British School in Baku” məktəb tətbiqini yeni rəqəmsal imkanlarla genişləndirərək şagird və valideynlər üçün təhsil prosesini daha rahat, çevik və əlçatan edib.
“Qafqazinfo” xəbər verir ki, bu yeniliklər arasında xüsusi diqqət çəkən rəqəmsal kitabxanadır.
Artıq şagirdlər dərslik və digər tədris resurslarına məktəbin tətbiqi vasitəsilə istənilən vaxt və istənilən yerdən çıxış əldə edə bilirlər. Kitabları axtarmaq, kateqoriyalar üzrə nəzərdən keçirmək və lazımi materiala sürətli şəkildə çatmaq əvvəlkindən daha asandır.
Rəqəmsal kitabxana xüsusilə şagirdlərin tədris materiallarını özləri ilə daşımaq ehtiyacını azaltmaqla yanaşı, öyrənmə prosesini daha müasir və çevik edir.
Məktəbin rəqəmsal tətbiqində bununla yanaşı:
- Üz tanıma sistemi ilə davamiyyətə nəzarət
- Təhsil haqqının tətbiq üzərindən ödənilməsi
- Rəqəmsal qida kartı
- Onlayn dərslərə çıxış
- Ev tapşırıqları və imtahan nəticələrinin izlənməsi
- Məktəb bildirişlərinin operativ şəkildə alınması kimi funksiyalar da təqdim olunur.
Beləliklə, “British School in Baku” gündəlik məktəb həyatını vahid rəqəmsal platformada birləşdirərək həm şagirdlər, həm də valideynlər üçün daha rahat və müasir təhsil təcrübəsi yaradır.
“British School in Baku” - təhsildə innovasiya, rahatlıq və rəqəmsal gələcəyə doğru.
Son xəbərlər
Son Xəbərlər