“Bu, 10%-dən çox artım deməkdir”

bu-10-den-cox-artim-demekdir
Oxunma sayı: 996

“Təhsil xərclərinin artırılmasına çalışacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“2025-ci ilin icrası ilə müqayisədə 2027-ci ildə təhsilə 479.5 milyon manat daha çox vəsait xərcləyəcəyik. Bu, 10%-dən çox artım deməkdir. Təhsil daim diqqət mərkəzində olan istiqamətdir”, - deyə nazir bildirib.

S.Babayev eyni zamanda əlavə edib ki, siyasi partiyalara ayrılacaq vəsait bir neçə ildir stabil olaraq qalır: “Əgər həqiqətən də istifadə istiqamətləri ilə bağlı təkliflər formalaşacaqsa, bu, baxıla bilən istiqamətdir”.

Nuranə Daxilqızı