“Bu anı xəyal etmişdim” - Göz yaşlarını saxlaya bilmədi - Video

bu-ani-xeyal-etmisdim
Oxunma sayı: 1011

Argentina millisinin hücumçusu Lautaro Martines dünya çempionatının finalına yüksəldikləri İngiltərə matçından sonra yaşadığı duyğuları bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, İngiltərəni 2:1 hesabı ilə məğlub etdikləri yarımfinal görüşündə qələbə qolunu vuran Lautaro Martines göz yaşlarına hakim ola bilməyib.

Futbolçu uşaqlıq arzusunun gerçəkləşdiyini bildirib.

“Atam mənə ilk dəfə bir cüt futbol butsu alanda bu anı xəyal etmişdim”, - deyə Lautaro emosional açıqlamasında bildirib.

Argentinalı hücumçu ailəsinin onun üçün böyük motivasiya olduğunu vurğulayıb: “Valideynlərim, uşağım qol vurmağımı izləyir... Mən bundan zövq alıram”.

Qeyd edək ki, 85-ci dəqiqəyə qədər 0:1 hesabı ilə geridə olsa da, əvvəlcə Enzo Fernandesin, daha sonra isə Lautaro Martinesin qolları ilə 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib. Argentina DÇ-nin finalında İspaniya ilə qarşılaşacaq.