Bu ay 17 gün normadan çox isti olub

bu-ay-17-gun-normadan-cox-isti-olub
Oxunma sayı: 367

Avqustun 19-na kimi temperatur 17 gün normadan yüksək (0.4-5.2 dərəcə) olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, temperatur 1 gün normadan 0.3 dərəcə aşağı olub.

Ayın 9-da temperatur 5.2 dərəcə yüksək olub ki, bu zaman havanın maksimal temperaturu 38.6 dərəcə qeydə alınıb.