“Tbilisidən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov brifinqdə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu, Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqədardır: “Xarici vətəndaşlar ölkəyə daxil olduqdan sonra Azərbaycanı müxtəlif nəqliyyat vasitələri ilə tərk edə bilsələr də, ölkəyə giriş yalnız hava və dəmir yolu nəqliyyatı ilə mümkündür. Bu səbəbdən Tbilisi-Bakı istiqamətində sərnişin axını daha çoxdur.
Hazırkı statistikaya əsasən, Tbilisidən Bakıya 6 mindən çox, Bakıdan Tbilisiyə isə 5 mindən artıq sərnişin daşınıb. Bundan əlavə, Gəncə stansiyasında da xeyli sayda minmə və enmə qeydə alınıb”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər