Qubada üç kəndin adının dəyişdirilməsi ilə əlaqədar bələdiyyələrin adlarına da dəyişiklik olunur.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsinin adının Bəhrəli-Çinarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir adlandırılması təklif olunur.
Qeyd edək ki, sözügedən bələdiyyələrin tərkibinə daxil olan kəndlərin - Timiryazev kəndinin Bəhrəli, Alekseyevka kəndinin Çinarlı, Vladimirovka kəndinin isə Elbir olaraq dəyişdirilməsi ilə əlaqədar bələdiyyələrin də adlarına dəyişiklik olunur.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər