İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası və ticarət gəmilərinə qarşı aqressiv addımlarını kəskin şəkildə tənqid edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir Vaşinqtonun hərəkətlərini qanunsuz adlandıraraq, ABŞ rəhbərliyinin mövqeyinin diplomatik prinsiplərlə ziddiyyət təşkil etdiyini bildirib.
Əraqçi vurğulayıb ki, Tehran Amerika tərəfinin hər bir addımını diqqətlə izləyir və milli təhlükəsizliyi, eləcə də ölkə mənafelərini qorumaq üçün müvafiq qərarlar qəbul edəcək:
“ABŞ-nin qanunsuz davranışı və liderlərinin ziddiyyətli bəyanatları diplomatiya qaydalarına tamamilə ziddir”.
Xatırladaq ki, bundan əvvəl Ağ Ev rəsmi Tehranla yeni bir saziş əldə olunana qədər İran limanlarının blokadasının dayandırılmayacağını bəyan etmişdi. ABŞ tərəfi bu addımı İranı danışıqlar masasına gətirmək üçün “maksimum təzyiq” rıçaqı kimi istifadə edir.
Son xəbərlər
Son Xəbərlər